“Shell” investisiya mərkəzini neftdən təbii qaza yönəldir

“Shell” investisiya mərkəzini neftdən təbii qaza yönəldir

Dünya enerji nəhəngi "Shell", "BG Group"un satın alma təklifi ilə investisiya mərkəzini neftdən təbii qaza yönəldir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Shell" İngiltərənin neft və təbii qaz axtarış şirkəti olan "BG Group"u almaq üçün 47 milyard sterlinqlik (70 milyard dollar) təklif edib. Bu təklifi qiymətləndirən ekspertlər, "Shell"in axtarış, çıxarma və investisiya fəaliyyətlərini artıq neftdən təbii qaza sürüşdürməsi olaraq şərh ediblər. Hollandiya Tətbiqi Elmi Araşdırma Təşkilatının (TNO) Mütəxəssisi Kril Vidershoven "BG Group"un təbii qaz sektorunda güclü, qaz axtarış çıxarma fəaliyyətlərində çox müvəffəqiyyətli olduğunu xatırladaraq, satın alma təklifinin, "Shell"in fəaliyyətlərini gələcəkdə neftdən daha yüksək gəliri olacaq olan təbii qaz qaynaqlarına yönəltmək istəməsi olduğunu deyib. Vidershoven son illərdə "Shell"in dünya bazarındakı digər böyük şirkətlərə görə, neft sahəsində müvəffəqiyyətli ola bilmədiyini də xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə