"Mərkəzi Bank tərəfindən ölkə banklarına kreditləri yalnız dollarla verilməsi ilə bağlı göstəriş verməsi məsələsi yalandır". Bu sözləri SİA-ya açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib.
Onun sözlərinə görə, son günlərdə ölkənin kütləvi informasiya vasitələrində Mərkəzi Bankın ölkənin digər banklarına kreditləri yalnız manatla verilməsini təklif etməsi məsələsi ilə bağlı gedən xəbərlər reallığı əks etdirmir. Banklar kreditləşmədə sərbəstdir: "Mərkəzi Bankın rəsmi internet səhifəsində də bu məsələyə toxunalaraq qeyd olunub ki, son günlərdə müəyyən kütləvi informasiya vasitələrində Mərkəzi Bank tərəfindən ölkənin banklarına kreditlərin manatla verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan, yalnış məlumatlar verilir. Mərkəzi Bank bildirir ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hansı isə bir göstəriş verilməmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyuta ilə verilməsini müəyyən etməkdə sərbəstdirlər".
Mərkəzi Bank sözcüsü onu da ifadə etdi ki, hazırda ölkə bankları həm manatla, həm də xarici valyuta ilə kreditləşməni həyata keçirir və bu işdə sərbəstdirlər: "Hazırda banklar həm manatla, həm də xarici valyuta ilə kreditləşməni davam etdirirlər. Hansı valyuta ilə kredit vermək kommersiya banklarının özlərinin sərbəst işidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB