Məzahir Quliyev: “Ölkəmizdə Data mərkəz istifadəyə veriləcək” AÇIQLAMA
"İyunda Azərbaycanda Data mərkəz qurularaq istifadəyə veriləcək". Bu sözləri bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən keçirilən brifinq zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahir Quliyev ölkədə Data Center yaradılacağı, onun strateji əhəmiyyəti və əsas funksiyaları haqda jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə ölkəmizdə Data mərkəz istifadəyə verilməklə həm rabitənin yüksək səviyyədə təminatına, həm də telekommunikasiya mərkəzinin geniş təchizatına şərait yaradılacaq. Bunun üçün dövlət strukturları ilə birlikdə işlər həyata keçirilir: "Bundan öncə, yəni may ayında isə sınağı keçiriləcək. Data mərkəz qurulmaqla Azərbaycanda İKT sahəsində yeni era yaranacaq. 200 telekommunikasiya mərkəzini əhatə edən sistemdə 2-3 optik kanalın çəkilməsi nəzərdə tutulub. Əgər serverlərdə problem yaranarsa, Data mərkəzlər bu işi öz öhdəliyinə götürərək rabitənin daimi təminatını öz üzərinə götürəcək. Bu layihə dövlət strukturları ilə birlikdə işlənib. Yaxın 2 ay müddətində istifadəyə verməyi planlaşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB