Caspian European və SOCAR bir arada

Caspian European Club aprelin 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sədrliyi ilə biznes-forum keçirəcək. SİA-nın məlumatına görə, Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev biznes – forum barəsində belə deyib: "Biz Caspian European Club-un üzv şirkətlərinə göstərdiyi daimi dəstəyə görə SOCAR-ın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk".

Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər həmçinin Azərbaycanın neft-qaz sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab almaq, mövcud problemləri müzakirə etmək və həll yollarını tapmaq, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti ilə biznes arasında fəal dialoqun yaradılması üçün təkliflər irəli sürmək imkanı əldə edəcəklər. Caspian European Club-un üzv şirkətləri ilə yanaşı, tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatlar, xüsusilə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, ATİB, TUSİAB və Azərbaycan Sığortaçılar Assosiasiyası da iştirak edə bilərlər. Biznes-forumda iştirak etmək istəyən Caspian European Club-a və həmkar təşkilatlara üzv olmayan şirkət rəhbərləri aprelin 14-dək Caspian European Cub-a müraciət edə bilərlər: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə