“Daşınmaz Əmlakın Kütləvi Qiymətləndirilməsi Layihəsi” FOTOLAR

“Daşınmaz Əmlakın Kütləvi Qiymətləndirilməsi Layihəsi” FOTOLAR

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün "Azərbaycanda Daşınmaz Əmlakların Kütləvi Qiymətləndirilməsi Layihəsi"nin İctimai Təqdimatını keçirib. SİA-nın məlumatına görə, tədbirdə komitənin mərkəzi aparatı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılma Mərkəzi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt bələdiyyəsi və digər aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

İctimai təqdimatın təşkilində məqsəd isə bu layihənin mahiyyəti, sosial – iqtisadi, hüquqi faydaları, investisiya, biznes mühiti və daşınmaz əmlakla bağlı hüquqi əməliyyatlara müsbət təsiri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Həmçinin bu proses nəticəsində daşınmaz əmlakların kadastr qiymətlərinin real bazar qiymətinə uyğunluğu ilə ölkədə əmlakın iqtisadi əsaslara söykənən qiymətləndirilməsini ictimaiyyətə açıqlamaqdır.

Tədbiri giriş sözü ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov açıq elan edib. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatların gedişində çoxlu sayda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi zərurəti qeyd olunub. Sədr müavini bu layihənin faydalarından bəhs edərkən layihənin daşınmaz əmlak iqtisadi yanaşmanın inkişafını təmin edəcəyini bildirib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Seymur Əliyev Sumqayıtda icra olunan "Daşınmaz Əmlakın Kütləvi Qiymətləndirilməsi" Pilot Layihəsinin mahiyyəti və sosial –iqtisadi faydaları ilə bağlı çıxış edib. Sloveniyalı ekspert Duşan Mitroviç pilot Layihənin texniki tərəfləri, kütləvi qiymətləndirmə modelləri, bazar məlumatlarının toplanması mexanizmi və layihənin nəticələri barədə təqdimatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə