İlham Şaban: "Novorosiyski limanından ixrac yox səviyyəsindədir" AÇIQLAMA

İlham Şaban: "Novorosiyski limanından ixrac yox səviyyəsindədir" AÇIQLAMA

"Novorossiysk limanı ilə neftin ixracı ötən il ilə müqayisədə eyni seviyyədə qalıb". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, keçən ay Azərbaycandan ixrac edilən neftin həcmi keçən illə eynidir. Lakin statistik ixraca keçilməsi rəqəmlərdə dəyişiklik edib ki, bu da real artım kimi qeyd oluna bilməz: "Hər ay orta hesabla 58 min ton neft ixrac olunurdu. Bu göstərici ötən illə eyni səviyyədədir. Sadəcə ixrac ötən ilin dekabrında müəyyən səbəblərdən statistik ixraca keçib. Yanvar ayına görə də, hesablama statatistikasında bu statistik ixrac artımı kimi qeydə alınıb".

Ekspert həmçinin onu da vurğuladı ki, hesabat statistikası real artım deyil. Dekabr ayına diqqət yetirdikdə Novorosiysk limanından demək olar ki ixrac olmayıb: "Buna hesabat statistikası deyilir. Bu real artım deyil. Əgər biz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dekabr ayının statistikasına baxsaq orda görərik ki, Novorosiyski limanından ixrac demək olar ki, olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə