Mərkəzi Bank ipoteka təkliflərini hökumətə təqdim edib

Mərkəzi Bank ipoteka təkliflərini hökumətə təqdim edib

Azərbaycan Mərkəzi Bankı ipoteka ilə bağlı təklifləri hökumətə təqdim etmişik. Hesab edirəm ki, bu çox yaxşı təkliflərdir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, ipoteka məbləğlərinin artırılması, sosial və kommersiya ipotekası üzrə maliyyələşdirmənin həcminin dəfələrlə artırılmasını, ucuz mənzillərin maliyyələşdirilməsini, regionlarda ipoteka kreditləşməsi imkanlarının genişləndirilməsini və s. nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə