Lütvəli Şıxəliyev: “Həmin şəxslər iqtisadiyyat şöbəsinə göndərilə bilər” AÇIQLAMA
"Əgər Fərman verilərsə orada göstərildiyi kimi də icra olunacaq. Bu günə qədər ştat nümayəndəsi aqrar məsələlər üzrə İcra Hakiminin müavini olub". Bu sözləri SİA-ya bu gündən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının ləğv edilməsi məsələsi ilə bağlı verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri, Saatlı rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı şöbəsinin müdiri Lütvəli Şıxəliyev deyib. Onun sözlərinə görə, əvvəllər bu vəzifə icra başçısının müavini olaraq icra olunurdu, ola bilsin ki bu vəzifəni idarə edən nümayəndələr iqtisadiyyat şöbəsi müdirinin müavini təyin edilsin: "Rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının ləğvi ilə əlaqədar hələ ki tam məlumata sahib deyilik. Mənə elə gəlir əgər bu ştat ləğv olunarsa, həmin dövlət nümayəndəsi İcra Hakimiyyəti daxilində iqtisadiyyat şöbəsinin müavini ola bilər. Bu qərarda hər hansı bir qeyri – adi bir məsələ yoxdur, qərar verilərsə bu icra olunacaq".
Lütvəli Şıxəliyev onu da qeyd etdi ki, bu qərar kənd təsərrüfatının inkişafı baxımından mühüm hadisədir. Fərman verilərsə qısa müddət ərzində icra olunacaq: "Hər hansı bir struktur dəyişikliyi olduqda kütlə bunu bir qədər yaxşı başa düşə bilmir. Hazırda kənd təsərrüfatı idarələrinin açılması bu qərarın vacibliyini ortaya qoya bilər. Onu qeyd edim ki, belə Fərmanlar kənd təsərrüfatının inkişafına göstərilən diqqətdən irəli gəlir. Kənd Təsərrüfatı İlində atılan bu addımlar inkişafa öz töhvəsini verəcək. Əgər Fərman verilərsə onu da qeyd edim ki, qısa müddət ərzində icra olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB