"Manatın korreksiyasından sonra Mərkəzi Bank 1 milyarddan yuxarı valyuta satıb". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Baş bankir manatın ucuzlaşmasından sonra Azərbaycan cəmiyyətinin etibarını necə bərpa etməyin yolları barədə də danışıb: "Hesab edirəm ki, Azərbaycan xalqının inamı hər şeyi açıq danışmaqla, şəffaflıqla bərpa edəcək. Dünya praktikasında da bu belədir ki, Mərkəzi Bank əhali ilə çox açıq olmalıdır. Prosesləri necə görür, necə olacaq, hətta situasiya dəyişsə belə bunu yenə deməlidir".
E. Rüstəmov qeyd edib ki, dollarlaşmadan imtina etmək olmaz: "Əhalinin müəyyən hissəsi istəyir ki, öz manatlarını valyutaya çevirsin. Biz öz ehtiyatlarımız hesabına buna kömək edirik. Biz həftəlik analiz aparırıq. Bu gün valyutanın yarısı dollarlaşmaya sərf olunur. Bu proses hələ ki, davam edir. Çox güman ki, bu proses aprel-may aylarına qədər davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB