"Azərbaycan Hava Yolları" və "Türk Hava Yolları" Azərbaycanla Türkiyə arasındakı istiqamətlər üzrə 29.03.2015-ci il tarixdə qüvvəyə minəcək kod-şerinq sazişi imzalanıb. SİA-nın xəbərinə görə, "Azərbaycan Hava Yolları" və "Türk Hava Yolları" iki aviaşrkət arasında əməkdaşlığın miqyasını genişləndirərək kod-şerinq sazişi bağlanması haqda qərar qəbul ediblər. Bu saziş sərnişinlərə iki ölkə arasında səfərlərini planlaşdırmaq və münasib reyslərlə daha rahat birləşmələr seçmək üçün müxtəlif imkanlardan faydalanmağa şərait yaradır. Kod-şerinq sazişi çərçivəsində "Azərbaycan Hava Yolları"-nın Bakı - İstanbul Atatürk/ Sabiha Gökçen/ Ankara istiqamətləri üzrə reyslərində "Türk Hava Yollar"-nın marketinq kodu yerləşdirəcək. "Azərbaycan Hava Yolları"nın marketinq kodu isə öz növbəsində, "Türk Hava Yolları"nın İstanbul - Bakı / Naxçıvan / Gəncə və Sabiha Gökçen – Bakı istiqamətləri üzrə reyslərində yerləşdiriləcək. Bundan əlavə, İstanbul və Bakıdan əlavə sektorlarda Xüsusi Proreyt Sazişinin şərtlərinə əsasən hər iki aviaşirkət sərnişinlərə öz reyslərinin geniş şəbəkəsini təklif edəcək.
"Azərbaycan Hava Yolları"nın vitse-prezidenti Arif Məmmədov qeyd edir ki: "Türk Hava Yolları" ilə yeni kod-şerinq sazişi əsasında əməkdaşlıq qardaş ölkə ilə münasibətlərin inkişafında mühüm mərhələdir və həmçinin müştərilərimizin təyinat məntəqələrinə komfortlu şəkildə çatmaları üçün böyük imkanlar yaradır. Bu bizim Türkiyədəki mövqeyimizin möhkəmləndirilməsi istiqamətində atdığımız növbəti addımdır və region üzrə yeni müştərilər cəlb etməyə imkan yaradır. Biz Türkiyənin milli aviadaşıyıcısı olan, dünyanın əksər ölkələrinə və bir çox istiqamətlərə uçuşlar yerinə yetirən və SkyTrax reytinqinə əsasən ardıcıl dörd il ərzində Avropanın ən yaxşı aviaşirkəti elan edilən "Türk Hava Yolları" ilə möhkəm əlaqələrin yaradılmasına çalışırıq.
"Türk Hava Yolları"nın İnvestisiya və texnologiyalar üzrə rəhbəri doktor Əhməd Bolat isə öz növbəsində bildirir: Biz "Azərbaycan Hava Yolları" ilə kod-şerinq sazişini imzaladığımıza görə çox şadıq və iki qardaş ölkənin sərnişinləri üçün hər iki aviaşirkətin uçuş şəbəkəsi üzrə səyahət etmək imkanlarının artırılması məqsədilə əməkdaşlığımızı möhkəmləndirməyə səy göstəririk. Kod-şerinq sazişi kommersiya əməkdaşlığımız üçün də faydalı olacaq və müştərilər üçün yeni imkanlar yaradacaq. Hazırda "Azərbaycan Hava Yolları" hava gəmiləri parkını uğurla genişləndirməyə və müasirləşdirməyə davam edir və biz inanırıq ki, "Azərbaycan Hava Yolları" ilə bu əməkdaşlıq günü-gündən inkişaf edən Azərbaycanda kommersiya prespektivi baxımından hər iki aviaşirkət üçün əhəhmiyyətli dərəcədə faydalı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB