İstehlak bazarında qiymət artımının qarşısı alınıb

İstehlak bazarında qiymət artımının qarşısı alınıb

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən ölkənin istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir. SİA-nın nazirliyə istinadən verdiyi məlumata görə, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər nəticəsində əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib.

Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə