"Excelsior Hotel&Spa Baku"otelində "Baku Fashion Nights 2015" moda günləri keçiriləcək
"Excelsior Hotel & Spa Baku" Otelində" FMS"Models-in təşkilatçılığı ilə, "Baku Fashion Nights 2015" moda günləri keçiriləcək. 13,14 və 15 Mart, 2015-ci il tarixlərində "Excelsior Hotel & SPA Baku"- da baş tutacaq "Baku Fashion Nights 2015" təntənəli moda günlərinə hazırlıq mərhələsi uğurla davam edir. "Baku Fashion Nights 2015" moda günləri, "FMS Models"," Excelsior Hotel & Spa Baku" Otelinin təşkilatı ilə keçiriləcək.
"Baku Fashion Nights 2015",13 Mart tarixində, tədbirin ilk günü əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından, podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq. "Fashion Couture by Ulker Huseynova" Moda Evinin eleqant kolleksiyası, "Beauttech" salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə, yaz-yay moda trendləri ilə qarşılayacaq.
14 Mart tarixində podiumda yer alacaq və ən yeni kolleksiyası ilə qonaqları salamlayacaq modelyer, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Gülnarə Xəlilovanın təqdimatındadır.Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən "La Couture Baku" Xavər Məmmədova, "Hokuma by Hokuma Hajıyeva" və "Magura by Gulshan Ibrahimova" Moda Eviləri olacaq.
Türk modasının canlı korifeylərindən, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal "Baku Fashion Nights 2015"-in fəxri qonaqlarındandır. Yıldırım Mayruk məhz bu il 50 illik yubileyini "Excelsior Hotel & Spa Baku" Otelində və "Baku Fashion Nights 2015" moda günlərində özəl olaraq qeyd edəcək.
15 Martda vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək Yıldırım Mayruk, "Pert-a-Porter" konseptli kolleksiyası ilə qarşınızda olacaq. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub. Yıldırım Mayrukun sözlərinə görə, gecəyə təşrif buyuran qonaqları xoş sürpizlər gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB