Vüqar Bayramov: “Üstünlük ondan ibarətdir ki, ixrac stimullaşdırılacaq” AÇIQLAMA

Vüqar Bayramov: “Üstünlük ondan ibarətdir ki, ixrac stimullaşdırılacaq” AÇIQLAMA

"Manatın məzənnəsini bərpa etməsi söylənilən gözləntilərdən biridir". Bu sözləri Vüqar Bayramov bu gün SəsTv-nin gündəm verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, manatın devalvasiyası 12- 15 faizə qədər gözlənilirdi. Lakin manatın dollara nisbətən möhkəmlənəcəyi yaxın günlərdə gözlənilir və bunun özəlliyi də ondan ibarət olacaq ki, ixrac stimullaşdırılacaq: "Biz təbii ki, əvvəlki şəkildə manatın özünü bərpa edəcəyini ciddi şəkildə istisna edirik. Amma əvvəlki dəyərinin bərpa etməsi də mümkündür. Bu həm daxili faktorlarla, eyni zamanda neftin qiymətinin artması faktorundan və digər faktorlardan asılı olaraq dəyişilə bilər. Amma nəzər alsaq ki, ölkə başçısı da 1 manatın 1 avroya uyğunlaşdırılmasını daha məqbul hesab edirdi, bu baxımdan 1 dolların 90 qəpiyə qədər azaldılması indiki halda daha məqbuldur. Ona görə məqbuldur ki, manatın məzənnəsində dolların nisbəti demək olar ki, 12- 15 faiz artacaq. Yəni hazırda artım 34 faiz ətrafındadır, bu da o deməkdir ki xeyli dərəcədə manatın məzənnəsi əvvəlki günlərə nisbətən möhkəmlənəcək. Bunun digər üstünlüyü ondan ibarətdir ki, bu ixracı stimullaşdıracaq. Eyni zamanda bu, ciddi qiymət artımına gətirib çıxarmayacaq".

Vüqar Bayramov həmçinin vurğuladı ki, manatın devalvasiyası qaçınılmaz idi. Devalvasiyanın mərhələli şəkildə aparılması daha məqsədəuyğun olardı: "Əslində Mərkəzi Bankın öncədən qeyd etdiyi yumşaq və mərhələli məzənnə azalmasının həyata keçirilməsi əsasən doğru addım idi. Amma çox təəssüf ki, Mərkəzi Bankın dövri hesab etdiyi yolla getmədi, məhz kəskin məzənnə artımına getdi. Bu baxımdan əvvəlki məzənnəyə qayıdılması daha məqsədə uyğundur, amma eyni zamanda nəzər almaq lazımdır ki, manatın devalvasiyası da qaçınılmazdır. Ona görə də biz əvvəlcədən proqnozlaşdıraraq təklif etdiyimiz 1 manatın 90 sentə qədər azaldılmasını daha məqbul hesab edirik. Eyni zamanda biz onun tərəfdarıyıq ki, bu mərhələli şəkildə yumşaq aparılsın. Çünki bu vəziyyət vətəndaşlara və onların biznesinə təsir edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə