Mənsur Bərxudarov: “Manatın dəyəri get-gedə artacaq” AÇIQLAMA
"Mərkəzi Bankın manatın devalvasiyası istiqamətində atdığı addımı yüksək peşəkarlığın nümunəsi kimi qiymətləndirmək lazımdır". SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.
Onun sözlərinə görə, hazırki vəziyyətdən uduzanlar az olmayacaq. Lakin mövcud durumu qiymətləndirdikdə ölkənin gələcəyi baxımından Mərkəzi Bankın atdığı addımı yüksək qiymətləndirmək lazımdır: "Doğrudur, bu proseslərdə uduzanlar udanlardan çox olacaq. Amma, dünya iqtisadiyyatının və Azərbaycanla əməkdaşlıq edən ölkələrin real və maliyyə sektorunun bugünkü durumu kontekstində milli iqtisadiyyatımızın maraqları uduzan və udan tərəflərin maraqlarından uca tutulmalıdır. Fikrimcə, milli iqtisadiyyatımızın maraqlarına iki variant cavab verə bilərdi: ya manatın əvvəlki məzənnəsinin qorunub saxlanılaraq ixracın stimullaşdırılması sisteminin işə salınması, ya da Mərkəzi Bankın atdığı bugünkü addım. Görünür, ikinci variant daha səmərəli variantdır. Çünki, ixracın stimullaşdırılması sistemi ölkəmizdə hələ formalaşmayıb. Onun formalaşmasına isə xeyli vaxt lazımdır".
Ekspert həmçinin vurğuladı ki, manatın məzənnəsi ilə nağlı Mərkəzi Bankın atdığı addımı büdcə gəlirlərinə kəsirsiz nail olmaq üçün atılan addım kimi dəyərləndirmək olar. Gələcəkdə isə yenidən manatın məzənnəsi qorunub saxlanacaq: "Əsas məqsəd isə manatın etibarlılığının qorunub saxlanılması şəraitində ölkənin valyuta gəlirlərinin artırılması və büdcə gəlirlərinə kəsirsiz nail olmaqdır. Mərkəzi Bankın reallaşdırdığı devalvasiya siyasəti həmin məqsədlərə çatmağı təmin edir. Nəhayət, proqnoz üçün əminliklə demək olar ki, manatın məzənnəsi gələcəkdə nəinki indiki nisbətdə qorunub saxlanılacaq, onun dəyəri get-gedə artacaq. Bu əminlik isə dövlətimizə olan etibardan və elmi əsaslandırmadan irəli gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB