Əli Məsimli: “Üçüncü regional inkişaf proqramı yeni mərhələ olacaq” AÇIQLAMA
"Azərbaycan üçüncü regional inkişaf proqramını həyata keçirməyə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib.
Onun sözlərinə görə, üçüncü regional inkişaf proqramının həyata keçirilməsi Azərbaycan regionlarının inkişafında yeni mərhələ olacaq: "Bu proqramda nəzərdə tutulan tədbirlər həyata keçirilsə, bu regionlarının inkişafında yeni bir mərhələ olacaq. Burada bir sıra şərtlər tələb olunur, həmin şərtlərdən biri də regionları yetərinə maliyyə vəsaiti ilə təmin etməkdir. Bir hissə dövlət vəsaiti hesabına, digər hissə isə həmin qurumların öz vəsaiti hesabına kreditlər vasitəsilə olmalıdır. Kreditlər istiqamətində də Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə regionlarda istehsal sahələri yaranır, zəruri infrastrukturlar formalaşdırılır".
Millət vəkili qeyd etdi ki, sahibkarlara kreditlərin verilməsində müəyyən problemlər var. Sənədləşmə işlərində və ən əsası girov məsələsində görülən işlər sürətləndirilməlidir: "Amma hələlik regionlara yönəldilən vəsait tələbatdan azdır. Burada ciddi təsir göstərən amillər çoxdur. Amma onlardan biri bilavasitə istehsala qoyulan kreditlərin faiz dərəcələrinin yüksək olmasıdır. İkincisi isə, kredit alan zaman girov mexanizminin yerlərdə lazımi səviyyədə işləməməsidir. Ona görə də sənədləşmə və s istiqamətində işlər gücləndirməlidir ki, insanlar evlərini və torpağını girov qoyaraq vəsaiti almasınlar. Hansı ki, bank kənddə yaşayan insana kredit verməkdə yox cavabını vermir, amma Bakıda, şəhərin mərkəzində daşınmaz əmlak tələb edir. Buna görə də birinci növbədə girov mexanizmi təkmilləşdirilməlidir. İkincisi isə istehsala, real sektora qoyulan kreditlərin faiz dərəcələri aşağı salınması istiqamətində ciddi addımların atılmasını vacib hesab edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB