ARDNŞ ətraf mühitin qorunmasında fəal iştirak edir

ARDNŞ ətraf mühitin qorunmasında fəal iştirak edir

Gənc jurnalistlərin SOCAR qış məktəbi layihəsi çərçivəsində jurnalistlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse prezidenti Rəfiqə Hüseynzadə arasında görüş keçirilib. Görüşdə çıxış edən Rəfiqə Hüseynzadə jurnalistlərə ARDNŞ-nin ekologiya ilə bağlı strategiyasının çox geniş və əhatəli olduğunu bildirib.

Onun sözlərinə görə ARDNŞ bu günkü şəraitdə neftlə zəngin olan ərazilərin ekoloji çirklənmələrinin qarşısını almaq üçün müxtəlif tədbirlər görür: "Ekoloji çirklənmənin önünə keçmək üçün yaşıllaşdırma işləri aparılır və iməciliklər keçirilir. Ekologiya ilə bağlı layihələrdə təkcə SOCAR deyil ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici şirkətlər də fəal iştirak edirlər. Bizim əsas strategiyamız neftlə çirklənmiş ərazilərin ekoloji cəhətdən təmizlənməsi ilə bağlıdır. Onu da nəzərə almaq lazımdır ki, ekoloji problemlərlə təkcə ARDNŞ məşğul olmur. Ətraf mühitin qorunması üçün digər təşkilat və qurumlar da fəal iştirak etməlidirlər. Belə olan təqdirdə bütün ölkə ərazisində mövcud olan bəzi ekoloji problemlərin önünə tam şəkildə keçmək olar".

Daha sonra vitse prezident Rəfiqə Hüseynzadə jurnalistləri maraqlandıran bir sıra sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə