Ruslan Atakişiyev: “Sahibkarlıq artırılmalıdır” Açıqlama

Ruslan Atakişiyev: “Sahibkarlıq artırılmalıdır” Açıqlama

"İslam maliyyəsi bazarının 5 milyon manata qədər artırılması gündəmdədir". SİA-nın məlumatına görə, bu sözləri bu gün "İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər" mövzusunda beynəlxalq toplantıda çıxışı zamanı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, islam maliyyələşməsi bu gün xüsusi diqqətdə saxlanılan məsələdir. İslam maliyyəsi artıq ənənəvi bankçılıqdan çıxaraq dinamik inkişafa nail olub. Ölkəmiz isə qafqaz və MDB-də mərkəz ölkəyə çevrilib: "Malayziyada islam maliyyəsi 16 faiz iqtisadiyyata təsir edir, qonşu İranda isə bunun faizi 98 faizə qədər artıb. Bu əlaqələrin genişləndirilməsində sahibkarlığın artırılması və genişləndirilməsi lazımdır. Bunun nəticəsində ölkəmiz dinamik inkişafını daha da gücləndirəcək. İslam maliyyəsi ənənəvi bankçılıqdan çıxaraq real sektorun inkişafına təkan verir. Azərbaycan artıq MDB məkanında və qafqaz regionunda islami iqtiadi mərkəzə çevrilib. Bunun ilkin təzahürləri 2014-cü ildən görülüb".

Ruslan Atakişiyev həmçinin qeyd edib ki, islam maliyyəsi soya qayıdış deməkdir. Bu maliyyələşmə islami dəyərlərin həyata tətbiqi deməkdir: "İslam maliyyəsinin əsasları qurana və peyğəmbərimizin həyatına uyğunlaşdırılıb. Bu model Nizami, Tusinin kimi şəxsiyyətlərin əsərlərində qeyd etdiyi bir modeldir. Bu maliyyələşmə soy kökümüzə qayıdış və dəyəri göstərir. İslam iqtisadiyyatı dini ilə həyatını birlikə yaşamaq istəyənlərə yönəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə