Azərbaycan- Gürcüstan-Türkiyə Biznes Forumu keçiriləcək

Azərbaycan- Gürcüstan-Türkiyə Biznes Forumu keçiriləcək

Bu il martın 6-da Gürcüstan Respublikasının Batumi şəhərində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan- Gürcüstan-Türkiyə Biznes Forumunun keçirilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, Forumda Azərbaycan, Türkiyə və Gürcüstanın rəsmi və iş adamlarının iştirakı gözlənilir. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Batumi şəhərinə səfərdə iştirak etməyə marağınız olduğu halda, tədbirdə şirkətinizi təmsil edəcək şəxslərin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 daxili: 108, 123, 119; e-mail: [email protected]) bildirməyiniz xahiş edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə