Bu günlərdə "Günəşli" yatağındakı 3-cü dərin dəniz özülündən 81 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-ın saytına istinadən məlumat verir ki, quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan, 2865-2820 metr intervaldan gündəlik 35 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB