Elman Rüstəmov iranlı naziri qəbul edib

Elman Rüstəmov iranlı naziri qəbul edib

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AMB-dən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əlaqələrin mövcud vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkələr arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrdən danışaraq hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb. E.Rüstəmov Azərbaycan iqtisadiyyatının, o cümlədən maliyyə-bank sektorunun sabit və davamlı inkişafı barədə ətraflı məlumatı nümayəndə heyətinin diqqətinə çatdırıb.

İran iqtisadi məsələlər və maliyyə naziri Ə. Tayebnia isə öz çıxışında İranın ölkəmizlə, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirdi və ölkələrimizin birgə əməkdaşlıq imkanlarının genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə həmçinin İran və Azərbaycan arasında iqtisadi əlaqələr, o cümlədən bank sistemləri üzrə çoxşaxəli münasibətlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə