Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlandı

2014-cü il dekabrın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manata çatıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmanətlərin 4,5 milyard manatı və ya 63,2 faizi milli, 2,6 milyard manatı xarici valyutada qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 13,3 və 5,7 faiz artıb.

Əmanətlərin 76,6 faizi özəl banklarda yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə