ABŞ-ın maliyyə nazirinin müavini Devid Koen hesab edir ki, neftin qiymətinin düşməsi nəticəsində və sanksiyalar da daxil olmaqla, İran bütövlükdə 11 milyard dollar itirəcək. SİA xəbər verir ki, bu barədə "reyter" agentliyi xəbər yayıb.
"Əgər neftin qiyməti hazırkı dəyərdə olsa, İran əlavə olaraq, neftdən əldən edəcəyi 11 milyard dollarlıq gəlirini itirməli olacaq"-deyə, Koen ABŞ senatının dinləmələrində vurğulayıb.
Maliyyə nazirinin müavini ABŞ-ın qanunverici orqanının təmsilçilərini İrana qarşı yeni sanksiyalar təqdim etməməyə çağırıb. O, bunu İranın hazırda çətin situasiyada olması ilə əlaqələndirib.
Bu arada, İranın neft naziri Bican Nəmdar Zəncane bəyan edib ki, İranın neft mənbəyi o qədər güclüdür ki, hətta neftin qiyməti barrelə görə 25 dollara düşsə belə, ölkəsi ayaqda qalmağı bacaracaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB