Vergi ödəməyənlərin adları ictimaiyyətə açıqlanacaq Xəbərdarlıq

Vergi ödəməyənlərin adları ictimaiyyətə açıqlanacaq Xəbərdarlıq

"Əksər vergi ödəyiciləri vergilərini müəyyən olunmuş müddətlərdə, müxtəlif səbəblərdən yaranmış vergi borclarını isə mümkün qədər tez ödəməyə çalışsalar da, bəziləri qanunvericiliyin tələblərini pozaraq onların dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər". SİA-nın məlumatına görə, bu haqda Vergilər Nazirliyinin etdiyi xəbərdarlıqda deyilir. Qeyd olunur ki, vaxtında ödəmələr olmadıqda büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir: "Belə halların aradan qaldırılması üçün Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən aparılan mütəmadi təhlillər əsasında, imkanı olmasına baxmayaraq, vergi borcunu ödəməkdən yayınan vergi ödəyicilərinə qarşı digər qanunamüvafiq tədbirlər görülməklə yanaşı, onların siyahısı həftədə "Vergilər" qəzetində dərc ediləcək və artan yekunla nazirliyin rəsmi veb-saytında yerləşdiriləcək. Borcunu ödəyən vergi ödəyicisinin adı siyahıdan çıxarılır".

Xəbərdarlıqda həmçinin bildirilir ki, vergilər vaxtında ödənilmədikdə vergi ödəyiclərinin adları ictimaiyyətə açıqlanacaq: "Adlarının ictimaiyyətə açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını təmin etməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə