Vahid Əhmədov: “Dövlət başçısı tamamilə düzgün qərar qəbul etdi” AÇIQLAMA
"Yanacağın qiyməti müzakirə olunarkən Komitənin iclasında biz fikrimizi bildirmişdik. Çünki benzinin qiymətinin qaldırılması dövlət büdcəsinə cəmi 60 – 70 milyon manat vəsait daxil edəcək". Bu sözləri prezident İlham Əliyevin Tarif Şurasının qərarını ləğv etməsi ilə bağlı SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, yanacağın qiymətinin artırılması digər məhsulların da qiymətinin artırılmasına gətirib çıxaracaqdı. Buna görə də, qərarın ləğv edilməsi çox düzgün bir addımdır: "Bu böyük məbləğ deyil. Biz o vaxt da dedik ki, bu qiymət artımı digər qiymət artımlarına da şamil ediləcək, yəni artım baş verəcək. O vaxt bu fikrə qulaq asılmadı və üzərindən keçildi. İndi dövlət başçısı tamamilə düzgün qərar qəbul etdi. Çünki bu qiymət artımı 2 qəpik olsa da, digər məhsullarda, xüsusilə ərzaq məhsullarında ciddi qiymət artımı baş verəcəkdi. Ona görə də, cənab Prezident gözəl bir qərar qəbul etdi və Tarif Şurasının qərarını ləğv etdi. Tarif Şurası bundan sonra qərarlar verəndə, bir az fikirləşməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB