Şahin Mustafayev vətəndaşları qəbul edəcək

Şahin Mustafayev vətəndaşları qəbul edəcək

İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşları qəbul edəcək. İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 16-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Neftçalada Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Neftçala şəhəri, H.Əliyev prospekti, 34) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected] vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə