Neftin dəyəri sürətlə enir

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. London birjasında İCE markalı neftin bir bareli 3,9 faiz ucuzlaşaraq 45,58, WTİ isə 2,91 faiz düşərək 44,73 dollar təşkil edib. SİA-nın xəbərinə görə, Brent və WTI markalı neft 2009-cu ilin yazından bu yana ən aşağı göstəricini nümayiş etdirib.

Neftin ucuzlaşması rublun dollar və avro qarşısında məzənnəsini zəiflədir. Hazırda Moskva birjasında 1 dollar 64 rubl, 1 avro isə 76,59 rubldır.

Bütün xəbərlər Facebook səhifəmizdə