Pakistan Milli Bankının Bakı filialı Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu kapitalla bağlı tələbini hələ də yerinə yetirməyib. SİA-nın məlumatına görə, bu barədə filialın baş menecerinin müavini Sahib Quliyev məlumat yayıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı iki ölkənin hökumətləri arasında müzakirələr davam edir: "Hələ ki, AMB bizdən heç nə tələb etmir, lisenziyanın ləğv edilməsi söhbəti yoxdur. Müzakirələrin nəticəsini gözləyirik".
Sahib Quliyev onu da bildirib ki, bankın taleyinə aydınlıq gətirilməsi məsələsi bu ilin mart ayına qədər uzana bilər: "Martda Pakistan prezidenti Azərbaycana səfər edəcək. İki ölkənin dövlət başçıları əsasən iqtisadi məsələləri müzakirə edəcəklər. Yəqin ki, filialla bağlı qeyri-müəyyən vəziyyətə ən pis halda dövlət başçılarının görüşündə son qoyulacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB