Nicat Hacızadə: “Bu il bank sektorunda irəliləyiş gözlənilir” AÇIQLAMA

Nicat Hacızadə: “Bu il bank sektorunda irəliləyiş gözlənilir” AÇIQLAMA

"2015-ci il özü özlüyündə Azərbaycan iqtisadiyyatı üçün mühüm il olmalıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. O bildirib ki, neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsində müəyyən problemlər yarada bilər. Lakin Azərbaycanın həyata keçirəcəyi böyük layihələr büdcəyə öz müsbət təsirini göstərəcək: "Nəzərə alaq ki, son dövrlər dünyada baş verən qlobal neft böhranı, neftin qiymətinin aşağı düşməsi, təbii ki ölkəmizə müəyyən təsir göstərəcək. 2015-ci Azərbaycan Avropa oyunlarının keçirilməsi həm turizm nöqteyi nəzərdən, həm də ölkədə istehsal olunan keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxmasına zəmin yaradacaq. O cümlədən, proqnozlaşdırılır ki, Azərbaycan İnvestisiya üçün əlverlişli mühit olduğundan xarici investorlarında Azərbaycana gəlişi ehtimalı böyükdür".

Ekspert Azərbaycanın peyk sənayesində atdığı addımlardan da danışıb. O qeyd edib ki, bu istiqamətində atılan addımlar rabitə xidmətlərinin keyfiyyətinin artmasına səbəb olacaq: "O cümlədən ölkəmizdə peyk sənayesinində inkişafını qeyd etməliyəm ki, Ölkə prezidentinin xüsusi diqqəti sayəsində bu sənaye ölkəmizdə inkişaf etməkdədir ki, artıq ölkəmizin "Azerspace-1" peyki orbitə buraxılandan sonra Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli İP xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. O cümlədən bu sahə üzrə kadrların artımında ciddi irəliləyiş hiss olunur. "Azərkosmos" ASC peyk operatoru şirkəti kimi təbii olaraq bazarda rəqabətin çoxalmasına, rəqabət mühitində rabitə xidmətlərinin keyfiyyətinin artmasına töhfə vermişdir. Və bu peykə qoşulmaq istəyən ölkələr var ki, buda iqtisadiyyatımıza müsbət təsir göstərək".

Nicat Hacızadə 2015-ci ilin Azərbaycan üçün ciddi inkişaf ili olacağını qeyd edib: "Qeyd edim ki, ölkəmiz 2015-ci üçün də ciddi inkişaf olacağı proqnozlaşdırılır. Ölkə prezidentinin imzaladığı son fərmana əsasən ölkədə sosial müavinətlərin miqdarı altırılmışdır ki, buda ölkədə cəmiyyətin sosial maliyyə dəstəyinə ehtiyacı olan insanların yaşayış səviyyələrinə müsbət təsir göstərəcək".

Ekspert bank sektorunda inkişafa da toxunub. Bu il ipoteka kreditlərinin verilməsində yeniliklərin olacağını ifadə edib: "Bank sektorunda bu il irəliləyiş gözlənilir. Əsasən ipoteka və kredit faizlərində yenilik olacaq. Bildiyiniz kimi, ölkədə gənc ailələrin sayı artmaqdadır və onların şəxsi evlərə ehtiyacı vardır. Burda rusiya təcrübəsindən istifadə təklif olundu ki, qaytarılmayan borclara əlavə edilən faizlər dayandırılsın. Beləliklə, ödəmədə müvafiq irəliləyişlər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə