Ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir. AzərTAc xəbər verir ki, bu fikri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında söyləyib.
Nazir bildirib ki, 2014-cü il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib ki, bu da, qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunub: "Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olub, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatıb. Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmiş, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB