SOCAR-ın baş ofisində ekoloji müşavirə keçirilib. SİA-nın məlmatına görə, Neft Şirkətinin ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov, emal üzrə vitse-prezident David Məmmədov, şirkətin müəssisələrinin və əməliyyat şirkətləri rəhbərlərinin iştirakı ilə ekoloji məsələlərə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə hasilat zamanı əmələ gələn lay sularının idarə olunması, mövcud standartlara uyğun təmizlənilməsi və neft şlamlarının utilizasiya edilməsi məsələləri müzakirə edilib. Tədbirdə 2014-cü il ərzində lay sularının təmizlənməsi sahəsində görülən işlərin nəticələri və 2015-ci ildə qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB