Ötən il Ceyhan limanından 20,4 milyon tondan çox xam neft ixrac edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin dekabrında Supsa limanından 254 min 498 ton, Ceyhan limanından isə 2 milyon 194 min 300 ton xam neft ixrac edib. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-dekabr aylarında Novorossiysk limanından 932 min 155 ton, Supsa limanından 2 milyon 957 min 390 ton, Ceyhan limanından isə 20 milyon 483 min 248 ton xam neft ixrac olunub. Şirkət tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB