Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü il dekabr ayının 1-nə 14 996,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin noyabrın 1-nə nisbətən 1 253,8 mln. dollar və ya 9,12% çoxdur. AMB-dən SİA-ya verilən məlumata görə, amma bu ilin noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 37,3 mln. dollar və ya 0,25% azalıb. Başqa sözlə, oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 15 033,6 mln. ABŞ dolları idisə, noyabrda bu göstərici 14 996,3 mln. ABŞ dollarına qədər azalıb. Qeyd edək ki, artıq 4 aydır ki, yəni, iyul ayından Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarında azalma müşahidə edilir. Belə ki, iyul ayı ilə müqayisədə avqustda rəsmi valyuta ehtiyatları 2,5 mln. dollar və ya 0,02%, avqustla müqayisədə sentyabrda 148,5 mln. dollar və ya 0,98%, sentyabrla müqayisədə oktyabrda 8,8 mln. dollar və ya 0,06% azalıb. Ümumilikdə, iyul ayından başlayaraq ehtiyat 1,3% və ya 197,1 mln. dollar azalıb.

Qeyd edək ki, bu ildə valyuta ehtiyatlarının artım tempi ötən illə müqayisədə müəyyən dərəcədə azalıb. Belə ki, bütövlükdə 2013-ci il ərzində AMB-nin valyuta ehtiyatlarının artımı 2 457,2 mln. dollara bərabər olub, bu ilin yanvar-noyabr aylarında isə artım 777 mln. dollar və ya ötənilki artımın 31,6%-ni təşkil edib. Bununla yanaşı, ötən ilin yanvar-noyabr ayları ərzində artım 1778,5 mln. dollar təşkil edib ki, bu da, göründüyü kimi, bu ilki 11 aylıq göstəricidən 2,29 dəfə çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB