Bakı Fond Birjasında "Azər-Türk Bank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi prosesi başa çatıb. SİA-nın məlumatına görə, bu haqda bank xəbər yayıb. Məlumatda deyilir ki, hər birinin nominal dəyəri 1 manat olan 5.776.341 ədəd səhmin yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb. Sonuncu emissiyaya qədər Azər-Türk Bank-ın nizamnamə kapitalı 44.223.659 manat idi. Bankın səhmdarları qismində Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi (85%), Türkiyənin Zıraat Bankı (14%) və Zıraat Bank Almaniya (1%) çıxış edir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 nömrəli fərmanına uyğun olaraq, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə edilməsində dövlətin adından Azərbaycan Maliyyə Nazirliyi iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB