Bank VTB 5 illik yubileyini qeyd edir

Bank VTB (Azərbaycan) 2014-cü ildə Azərbaycanın bank xidmətləri sahəsində öz fəaliyyətinin 5 illiyini qeyd edir. SİA-ya verilən məlumata görə, 5 il ərzində bank aktivlərini 10 dəfə, kredit portfelini 18 dəfə və depozit portfelinin 11 dəfə artıraraq, fəaliyyətinin bütün əsas istiqamətləri üzrə yüksək göstəricilər əldə edib. Uğurlu fəaliyyətin nəticəsi kimi, bank Azərbaycan iqtisadiyyatının inkişafında əsas rol oynayan banklardan birinə çevrilib.

2010-cu ildən başlayaraq bank aktiv şəkildə müştərilərinə geniş spektr bank xidmətləri göstərməyə başlayıb. Bu müddət ərzində bankın aktivləri 10 dəfə artaraq 1 dekabr 2014-cü il tarixinə 280 mln manat təşkil edib.

Fəaliyyəti ərzində bankın kredit portfeli təqribən 18 dəfə artıb. Əgər 2010-cu ildə kredit üzrə portfel 15,2 mln manat təşkil edirdisə, 1 dekabr 2014-cü il tarixinə bu göstərici 272 mln manatı ötüb. Bankın mütəxəssislərinin proqnozlarına görə, 2014-cü ildə bankın kredit portfeli 286 mln manatı keçib. Bunlardan 58,5 mln manat korporativ biznesin payına, 228,5 mln manat isə pərakəndə biznesin payına düşüb.

5 il ərzində depozit portfeli 11 dəfə artaraq, 1 dekabr 2014-cü il tarixinə təxminən 20 mln manata çatıb. Bankın mənfəəti 4 mln manatı keçib.

Hesabat dövründə müştərilərin sayı 24 265 çatıb. Onlardan 479 nəfər korporativ müştərilər, 23 785 isə pərakəndə müştərilərdir. Universal maliyyə institutu kimi, bank VTB (Azərbaycan) bu illər ərzində bütün spektr bank xidmətləri təklif edib və həm hüquqi, həm fiziki şəxslərə xidmət göstərib.

5 il ərzində bankın şəbəkəsi inkişaf edib genişləndikcəəməkdaşlarının sayı da sürətlə artıb. Əgər 2010-cu ildə bank 94 əməkdaşdan ibarət olubsa, 2014-cü ildə bu göstərici 400 nəfəri keçib.

Bu gün bank VTB (Azərbaycan) 12 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub. 2014-cü ildə bank 8 filial açıb ki, onlardan ikisi Bakıdan kənarda- Sumqayıt və Xırdalan şəhərlərindədir. Yaxın vaxtlarda bank Gəncə şəhərində filial açmaq niyyətindədir. 2015-ci ildə filial şəbəkəsinin genişləndirilməsində əsas diqqət regionlara yönəldiləcək. Hazırda bank VTB (Azərbaycan) iqtisadiyyatın real sektoruna investisiyaların cəlb edilməsi üzərində aktiv iş aparır.

"Bu 5 il ərzində biz yüksək nailiyyətlər əldə etmişik, bank bazarının bütün sahələrində liderə çevrilmişik. Biz bundan sonra da universal kommersiya bankı kimi inkişaf etmək niyyətindəyik. Bu gün VTB (Azərbaycan)-ın da daxil olduğu VTB Qrupu 20-dən çox ölkədə 30 bank və maliyyə şirkətlərini özündə birləşdirən unikal beynəlxalq şəbəkəyə malikdir. Bank VTB Qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi xarici bazarlara çıxmaqda azərbaycan şirkətlərinə yardım etməyə hazırdır. Ümid edirik ki, bizim əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək"-deyə, bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri YuriYakovlev bildirib.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 12 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə