Türkiyə və Misirdən turistlərə eksklüziv ENDİRİM

Türkiyə və Misirdən turistlərə eksklüziv ENDİRİM

Rus rublunun sürətlə ucuzlaşması nəticəsində Rusiya turoperatorlarının satış həddi 50% aşağı düşüb. SİA-nın məlumatına görə, bunu "izvestiya"ya ölkənin turizm ittifaqının mətbuat katibi İrina Tyurina deyib.

Onun sözlərinə görə, yanvar ayından Türkiyəyə və Misirə olan turist axını 15-20% azalıb.

Məhz bu amili nəzərə alan Türkiyənin və Misirin turizm agentlikləri rusiyalı turistləri itirməmək üçün onlara eksklüziv endirim kampaniyalarına star veriblər. Belə ki, onlar üçün hər iki ölkəyə turist səfəri 20 % endirimlə olacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə