“Azərkosmos” Livan yayım bazarında

“Azərkosmos” Livan yayım bazarında

Livanda və Orta Şərqdə aparıcı televiziya stansiyalarından olan MTV Livan "Azerspace-1" telekommunikasiya peykindən qısamüddətli tutum istifadəsinə başlayıb. Bu əməkdaşlıq "Azərkosmos" ASC-yə Livanın telekommunikasiya bazarına daxil olmaq imkanı yaradır. SİA-nın məlumatına görə, MTV-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Jan Tüfengi "MTV Azerspace-1 peykinin tutumlarından istifadəyə dair "Azərkosmos"la anlaşma imzalanmasının böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Hazırda MTV-nin proqramları "Azerspace-1" peykinin Asiya və Avropa şüaları vasitəsilə Körfəz ölkələri, Orta Şərq, Şimali Afrika və Avropa regionlarında yayımlanır.

Həmçinin, MTV öz SNG (mobil televiziya stansiyası) avadanlıqlarının və Uplink (peykə ötürülən siqnalın qaldırılması) xidmətlərinin idarəetməsini "Azərkosmos"a həvalə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə