Əhməd Davudoğlu: “Neftin qiymətinin aşağı düşməsi Türkiyəyə sərf edir”
"Dünya bazarında neftin qiymətinin ucuzlaşması əslində Türkiyəyə sərf edən məqamdır". SİA xəbər verir ki, bu fikirləri ölkənin baş naziri Əhməd Davudoğlu sözügedən məsələyə münasibət bildirərkən deyib.
Baş nazirin fikrincə, mövcud ucuzlaşma prosesi Türkiyənin iqtisadi artımına şərait yaradır. Türkiyənin digər dövlət məmuru, energetika və təbii resurslar naziri Taner Yıldız da baş nazirlə eyni fikirdə olduğunu bəyan edib. Nazirin fikrincə, neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkə gündəlik olaraq, 32,6 dollar qazanır. O, eyni zamanda bildirib ki, əgər neftin qiyməti dəyişilməz qalarsa, Türkiyə bir ildə 11,9 milyard dollar qazana bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB