2014-cü ilin noyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 1 milyon 719 min 684 ton Azərbaycan nefti nəql olunub. SİA-nın ARDNŞ-ın rəsmi saytına istindaən verdiyi xəbərə görə, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 milyon 45 min 242 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il dekabr ayının 1-ə qədər BTC-yə 261 milyon 186 min 835 ton neft vurulub.
Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə ümumilikdə 620 min 436 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB