Ceyhan limanından 1,8 milyon ton neft dünya bazarlarına çıxarılıb
2014-cü ilin noyabr ayı ərzində 1 milyon 847 min 434 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 12 min 476 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 442 min 278 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il dekabr ayının 1-ə qədər Ceyhan limanından 259 milyon 586 min 192 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB