2014-cü ilin noyabr ayında həyata keçirilmiş qazma işləri STATİSTİKA
2014-cü ilin noyabr ayı ərzində qazma işlərinin aparılması ilə bağlı statistika açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin saytında məlumat verilib. ARDNŞ noyabr ayında (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11389 metr qazma işi həyata keçirib. Bu sahədə görülmüş işlərin 11032 metri istismara, 357 metri isə kəşfiyyata aid olunub.
Ümumiyyətlə, cari ilin 11 ayında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 118840 metr qazma işi görülüb ki, bunların da 116656 metri istismara, 2184 metri isə kəşfiyyat sahəsinə aid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB