"İqtisadiyyat və Sənayə Nazirliyi ilə Vergilər Nazirliyi arasında informasiyanın elektron inteqrasiyası nəzərdə tutulur. Artıq bununla bağlı işlərə başlanıb". SİA-nın verdiyi xəbərə görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Hüseyn Paşayev bu gün işə başlamış II İnternet İdarəçilik Forumunda deyib.
O qeyd edib ki, sözügedən proseslə həm dövlət qurumlarının, həm də sahibkarların işi asanlaşacaq: "İki nazirlik arasında yaradılacaq informasiya bazası sənədləşmə işini asanlaşdıracaq. Sənədləşməüçün lazım olan bütün məlumatlar müəyyən olunan kod vasitəsilə həmin informasiya bazasında yerləşdiriləcək. Müraciət edənlər təqdim etdiyi informasiyanı doğrultmağa çalışmayacaqlar. Çünki informasiya bazasında bütün məlumatlar öz əksini tapacaq".
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB