Azərbaycan növbəti peykini orbitə buraxmağa hazırlaşır

Azərbaycan növbəti peykini orbitə buraxmağa hazırlaşır

"Azərbaycan növbəti telekommunikasiya peykini orbitə buraxmaq üçün əlverişli mövqeləri araşdırır". SİA-nın verdiyi xəbərə görə bunu bu gün keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun szölərinə görə, Yer səthinin monitorinqini həyata keçirmək üçün aşağı orbitli peykin buraxılması ilə əlaqədər artıq tender elan edilib, nəticələr yaxın zamanda açıqlanacaq: "Beynəlxalq Telekommunikasiya İttifaqı Azərbaycan Respublikası üçün iki planlı mövqe ayırıb. Eyni zamanda, Azərbaycanın plandan kənar da mövqeləri mövcuddur. Əlverişli xidmətlərin göstərilməsi, daha böyük coğrafi ərazilərin əhatə edilməsi məqsədi ilə münasib olan mövqelər nəzərdən keçirilir. Ola bilər ki, digər ölkələrə də məxsus olan orbital mövqelərdən istifadə edilsin. İlk peykimiz Malaziyaya məxsus olan orbital mövqedə yerləşir. Növbəti peykin daha münasib yerləşdirilməsi üçün araşdırma aparılır. Bu barədə də yaxın zamanlarda qərar veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə