Moskva birjasında avronun məzənnəsi 62 rubla yüksəlib
Rubl dəyərdən düşür

Moskva birjasında dolların məzənnəsi ötən gün ərzində 0,82 rubl artaraq 49,47 rubla çatıb. TASS informasiya agentliyi xəbər verir ki, avro günün əvvəlində 62,03 rubla qədər bahalaşsa da, sonradan bir qədər ucuzlaşaraq 61,62 rublda dayanıb.

Rublun məzənnəsinin kəskin enməsi OPEC-in neft hasilatını azaltmayacağı barədə qərarı ilə əlaqələndirilir. Təşkilatın bu qərarından sonra dünya birjalarında neft də sürətlə ucuzlaşmaqda davam edib. Rusiya Maliyyə Nazirliyi büdcə siyasətinin neftin yeni qiymətlərinə uyğunlaşdırılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə