Neft ixrac edən ölkələrin təşkilatı – OPEK gündəlik neft hasilatında dəyişiklik etməyəcək. Bu barədə qərar OPEK Konfransının Vyanada keçirilən 166-cı toplantısında qəbul edilib. Qərara əsasən, OPEK ölkələrinin gündəlik neft hasilatı 30 milyon barrel səviyyəsində saxlanılıb.
Son dövrlər dünya bazarlarında xam neftin qiymətinin düşməsi ilə əlaqədar İraq, İran, Venesuela kimi ölkələr neft hasilatının həcmini azaltmağa tərəfdar olsalar da, üzv ölkələrin toplantısında hasilatda dəyişiklik edilməməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB