“Azərspace”dən nə qədər kanal yayımlanır?

Hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır
“Azərspace”dən nə qədər kanal yayımlanır?

Azərbaycanın ilk milli telekommunikasiya peyki olan "Azərspace" üzərindən yayımlanan televiziya və radio kanallarının sayı günü – gündən artmaqdadır. Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır.

Sözügedən kanalların 117-si televizya, 13-ü isə radiodur.

Qeyd edək ki, "Azərspace" üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır.

Bu dilllərə Azərbaycan (12 kanal), gürcü (35 kanal), rus (43 kanal), türk (11 kanal), ukrayna (6 kanal), fars (1 kanal), əfqan (2 kanal), ingilis (4) dilləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə