Mərkəzi Bank istehlak kreditinin verilməsi məsələsində balanslı mövqeyin tərəfdarıdır
"Mərkəzi Bank istehlak kreditinin verilməsi məsələsində balanslı mövqeyin tərəfdarıdır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Əhalinin istehlak kreditini öz tələbatını ödəmək üçün götürmək istədiyini deyən E. Rüstəmov qeyd edib ki, həddindən artıq kredit almaq mənfi nəticəyə gətirib çıxara bilər: "Nəzərə almaq lazımdır ki, banklar təkcə öz vəsaitləri hesabına yox, həm də ictimai fondlarla işləyir. Bankların pul qazanmaq xatirinə eksponsiyaya yol verməsi, sonda onların müstəqilliyinin itirilməsinə gətirib çıxara bilər. Bu proses isə həm əhalinin, həm də bankların mənafeyini qorumalıdır".
E. Rüstəmov, Azərbaycan iqtisadiyyatının hazırkı enmə proseslərinə də kifayət qədər hazır olduğunu söyləyib: "Ötən dövr ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artıb. Cari ildə də iqtisadi artım davam edəcək. Bütövlükdə artımın 2.5 faiz olacağı gözlənilir. 2014-cü ildə ölkədə inflyasiya proqnozlaşdırılandan da aşağı olub. Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq pulun dərəcəsini aşağı endirmə siyasətini həyata keçirir. Azərbaycan bank sektoruna böhran zamanı kiçik yardım göstərdik, indi onlar bunu geri qaytarır. Biz bankların minimum tələbini 50 milyona qaldırdıq. İndi onlar 1,8 dəfə artıb. Bir neçə problemli banklarla fərdi iş aparacağıq. Banklarda kifayət qədər vəsait var və normadan 2 dəfə çoxdur. Cari dövrdə əmanətlər 9% artıb. Bankların faiz dərəcəsinin aşağı salması məsələsi var. Çünki nailiyyətləri var. Əhali də alternativ yollar axtarır, vəsaitlərini şaxələndirməyə çalışır. Ölkənin maliyyə sektoru 1995-ci ildən bu yana 24 dəfə artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB