İlham Şaban: “Türkmənistan Kəpəz yatağından istifadə edə bilməz”
"Türkmənistanın Kəpəz yatağından istifadəsi qeyri-mümkündür. Çünki həmin ərazi Azərbaycanın sərhədlərinə daxildir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, Kəpəz yatağında Türkmənistan hər hansı bir seysmik tədqiqat apararsa beynəlxalq hüquq qarşısında cavab verməli olar: "Bir neçə müddət bundan əvvəl Türkmənistan Kanada şirkəti ilə Kəpəz yatağında hasilatla bağlı saziş imzalamışdı. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Türkmənistanın müvafiq qurumlarını təlimatlandıraraq bildirdi ki, həmin ərazidə Türkmənistan tərəfinin planlaşdırdığı işlər görülərsə Azərbaycan Türkmənistanı beynəlxalq məhkəməyə verəcək. Bu xəbərdarlıqdan sonra nəzərdə tutulan işlər dayandırıldı. Hazırda da Türkmənistan Kəpəz yatağından hasilatda istifadə edə bilməz. Həmin ərazidən istifadə edilsə belə məhsulun dünya bazarına çıxışı olmayacaq. Çünki dünya bazarına çıxış Azərbaycan, Rusiya və İran üzərindən gerçəkləşə bilər. Bu ölkələr isə daşınmada iştirak üçün gərək Azərbaycanla münasibətləri pozsunlar. Nə Rusiya, nə də İran regionda iqtisadi cəhətdən böyük önəmi olan Azərbaycana qarşı belə bir addım atmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB