"Azərpoçt” mikro kreditlərin verilməsində yaxından iştirak edəcək"
Bu gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iranlı həmkarı ilə görüş keçirəcək. SİA-nın xəbərinə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında məlumat verib. O deyib ki, görüş çərçivəsində Azərbaycanla İran arasında iki tərəfli hökumətlərarası sənədin imzalanması müzakirə ediləcək.
"Görüş zamanı həmçinin, poçt və informasiya və kommunikasiya texnologiyaları sahəsində İran-Azərbaycan əməkdaşlığı haqqında saziş də müzakirə mövzusu olacaq" - deyə, nazir qeyd edib.
Açıqlaması zamanı "Azərpoçt" un maliyyə xidmətlərinə də toxunan Ə. Abbasov vurğulayıb ki, gələn ildən "Azərpoçt" mikro kreditlərin verilməsi üçün lazım olan bütün sənədlərin və hüquqi bazanın hazırlanmasında yaxından iştirak edəcək: "Mikro kreditlər xüsusi qaydalar əsasında Mərkəzi Bankın nəzarəti ilə pilot layihəsi kimi həyata keçiriləcək. Əgər effektiv olarsa, layihə sonradan daha da genişləndiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB