Bu ilin oktyabr ayında nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,1 faiz ucuzlaşıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bununla yanaşı, yükdaşıma tarifləri 6,0 faiz bahalaşıb. Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 1,1 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 10,8 faiz ucuzlaşma müşahidə olunub.
Oktyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 15,4 faiz bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,8 faiz ucuzlaşıb.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB