Neft meydançasında qəza zamanı itkin düşən şəxsin meyiti tapıldı

Neft meydançasında qəza zamanı itkin düşən şəxsin meyiti tapıldı

Neft meydançasında baş vermiş qəza zamanı itkin düşən şəxsin meyiti tapılıb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uçqun nəticəsində itkin düşmüş hesab olunan "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də 09.00 radələrində ARDNŞ-nin və FHN-nin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Qeyd edək ki, "Azneft" İstehsalat Birliyinin N.Nərinmanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən ucqun baş vermişdi. Qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yadım göstərilib və hazırda hamısı evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə